İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Qusarda yerləşən hərbi hissədə monitorinq aparıb.
Komitənin sədri Tural Hüseynov APA-ya bildirib ki, Müdafiə Nazirliyinin razılığı ilə həyata keçirilən monitorinq zamanı hərbi hissənin tibb məntəqəsi, yeməkxana, yataqxana və hamamına baxış keçirilib:
“Tibb məntəqəsində əsgərlərin müayinəsi üçün hər cür şərait yaradılıb. Hərbi hissənin yeməkxana və çörəkbişirmə sexində sanitar-gigiyenik qaydalara yüksək səviyyədə əməl olunur. Əsgərlərin yeməyini mülki şəxslər bişirir və onlar həmçinin hərbi hissədə təmizlik işlərini həyata keçirirlər”.
T. Hüseynov hərbi hissədə qeyri-insani rəftar və ya işgəncə faktının qeydə alınmadığını bildirib.