Tayvanda 5,6 maqnitudada zəlzələ qeydə alınıb.
525.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ ocağı 15 km dərinlikdə olub və təxminən 350 min əhalisi olan Xualyan şəhərindən 26 km şimal-şərqdə yerləşib. Sunami təhlükəsi, dağıntılar və ya insan tələfatı barədə xəbər verilmir.
Öz növbəsində adanın meteorologiya xidməti zəlzələnin 6,1 maqnitudada baş verdiyini bildirib.
Bundan əvvəl Tayvanın şərq sahillərində maqnitudası 4,9-a çatan silsilə təkanlar qeydə alınmışdı.