|
|
|
|
Bakının Binəqədi rayonundakı 276 nömrəli məktəbin ikinci sinif şagirdi İzel Dadaşzadənin "İzelin nağılları" adlı kitabı çapdan çıxıb.
Kitab Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Azərbaycan uşaqlarına hədiyyə kimi nəşr edilib.
Məktəbin müəllim və şagird kollektivi balaca İzelin kitabını kollektivə təqdim edəcəklər.
Qeyd edək ki, kitaba balaca yazıçının qələmə aldığı 12 nağılı daxil edilib. "Üç alma", "Sehirli oyuncaq","Balaca ağac", "Maraqlı qələm", "Danışan stul", "Sehirli uşaq", "Atın nağılı", "Yaxşı padşah", "Nənə və su", "Kəpənək", "Ana və İzel" və s. nağıllar üslubuna, yazı tərzinə, məntiqinə və məzmununa görə maraq doğurur və Azərbaycan məktəblisinin fitri istedadından xəbər verir.
276 nömrəli məktəbin direktoru, respublikanın Əməkdar müəllimi Bəhram Şiriyev bildirib ki, məktəbimizin şagirdinin kitabı qısa müddətdə məktəblilər və oxucular arasında geniş rezonans doğurub.
"Biz İzelin istedadını elə ilk gündən hiss etmişdik. Buna təəccüb eləmirdik, çünki bilirdik ki, onun nənəsi Kəmalə Abiyeva və anası Aysel Əlizadə tanınmış yazarlardır. Amma bu qızın xüsusi istedadı və məntiqi müəllimlərimizi sözün həqiqi mənasında heyran edib. İnanıram ki, İzel Dadaşzadənin sorağı gələcəkdə daha böyük salonlardan gələcək və o, Azərbaycana layiqli vətəndaş olacaq. Biz onu təbrik edir, ona dərslərində və yaradıcılığında uğurlar arzulayırıq".