|
|
|
|
Dünən Milli Kitabxanada Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Mikayıl Müşfiqin 110 illiyi münasibətilə "Mikayıl Müşfiq-110" adlı geniş tərtibatda sərgi açılıb.
Burada şairin Azərbaycan və xarici dillərdə nəşr olunan əsərləri, redaktoru olduğu, tərcümə etdiyi, şair haqqında yazılmış kitablar və dövri mətbuat materialları yer alıb.
Sərgi bir həftə davam edəcək.