İyunun 10-da Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri, şair Əli Vəkil oğlu Səfiyevin (Əli Vəkil) anadan olmasının 80 illiyi münasibətilə "Əli Vəkil-80" adlı kitab sərgisi açılıb.
Sərgidə şairin əsərləri, redaktoru olduğu, ön söz yazdığı, tərtib və tərcümə etdiyi, sözlərinə yazılmış mahnılar və şair haqqında kitab, qəzet-jurnal materialları nümayiş etdirilib.