İyunun 22-də Azərbaycan Milli Kitabxanasında Xalq şairi Nigar Rəfibəylinin 105 illiyi münasibətilə “Nigar Rəfibəyli-105” adlı sərgi açılıb.
Sərgidə şairənin Azərbaycan və xarici dillərdə olan kitabları, tərcümə və tərtib etdiyi, redaktoru olduğu kitablar, sözlərinə yazılmış mahnılar, haqqında yazılan kitablar, dövri mətbuat materialları nümayiş etdirilir.