|
|
|
|
Bugünlərdə Azərbaycan Yazıçılar Birliyində tanınmış şair Vəliyulla Novruzun anadan olmasının 60 illik yubileyi və "Görmədiyim Yuxular" kitabının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Qəzənfər Kazımov açdi.
O, şairin yaradıcılığı haqqında geniş məlumat verdi.
Söz alan professor İsmayıl Kazımov V.Novruzun şeirlərində semiotik və mətnqurucu işarələrdən, professor Qurban Bayramov şeirlərin arxitektor quruluşundan, professor İslam Qurbani şairin vətənpərvərlik duyğularından, "Kredo" qəzetinin baş redaktoru, tənqidçi-ədəbiyyatşünas Əlirza Xələfli payız duyğulu ədəbi lövhələrdən, ədəbiyyatşünas Nuridə Novruzova şairin poetikasından, filologiya elmləri namizədi Tahir Aslanlı "Söz" və “Bahar duyğuları" şeirlərinin klassik şairlərimizin şeirlərilə müqayisəli təhlilindən, şair Oqtay Rza onun şeirlərinin axıcılığından söz açdı. Şairlərdən Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Əfrahim Abbas, Faiq Balabəyli şairin şeirlərindəki maraqlı məqamları vurğulayaraq onu təbrik etdilər.
Sonda yubilyar yeni şeirlərini oxudu, oxuculara yeni kitabını imzalı hədiyyə etdi və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.