Moskvada muzeydə yanğın baş verib.
Yanğın Ostajenka küçəsində yazıçı İvan Turgenyevin ev muzeyində qeydə alınıb.
Muzeydən 7 nəfər təxliyə edilib, xəsarət alan yoxdur.
Məlumata görə, yanğın muzeyin zirzəmisində başlayıb.
Yanğının səbəbləri məlum deyil.
Ev 1819-cu ildə tikilib. 2009-cu ildə həmin yerdə Turgenyevin ev muzeyi fəaliyyətə başlayıb.