ABŞ dövlət katibi Mayk Pompeo gələn həftə Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə M.Pompeo Dövlət Departamentində KXDR üzrə yeni xüsusi nümayəndə Stiven Bigeni təqdim edərkən jurnalistlərə bildirib.
M.Pompeo hesab edir ki, Dövlət Departamenti KXDR-ya qarşı təzyiq kampaniyasının həyata keçirilməsi və dəstəklənməsi üzrə yaxşı işlər görüb.
Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo aprel, may və iyul aylarında Pxenyana səfər edib.