Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş var.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın xarici işlər naziri Enzo Moavero-Milanezi ATƏT-in Daimi Şurasının iclasında çıxışı zamanı deyib.
İtaliya xarici siyasət idarəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, nazir, hər iki ölkədə seçkilərin keçirilməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyişin olduğunu qeyd edib.
Nazir həmçinin bildirib ki, ATƏT Şərq və Qərb arasında konstruktiv dialoq üçün meydan olmalıdır.