BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər.
Trend-in məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur:
"Sessiya sentyabr ayında Nyu Yorkda keçiriləcək. Nazirlərin görüşünün dəqiq tarixi diplomatik kanallarla dəqiqləşdiriləcək".