https://525.az/img/pics/medium/2024-04/311725_9vr2bm0uzq.jpg Türkiyədə İŞİD əməliyyatı - 38 şübhəli saxlanıldı
https://525.az/img/pics/medium/2024-04/311719_l84nsathaw.jpg Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Mülki əhalimiz demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
search
28 Aprel 2024
27 Aprel 2024

Messi: "İndi futbolçuları pul idarə edir"

Messi: "İndi futbolçuları pul idarə edir"

"Düşünürəm ki, yenidən Çempionlar Liqasını qazanmağın vaxtı çatıb. Son 3 mövsümdə bu turnirdə yaxşı oynamadıq. Ən zəif çıxışımız isə ötən il oldu".

Qol.az-ın məlumatına görə, bu sözləri "Barselona"nın hücumçusu Lionel Messi "Mundo Deportivo" nəşrinə açıqlamasında deyib. Argentinalı futbolçu bu mövsüm Avropanın ən güclüsü olmaq istədiklərini bildirib:

"Əla heyətimiz var. Bu mövsüm ÇL-də qalib olmalıyıq. Məncə, komandamızın hazırkı gücü də buna imkan verir".

Messi son illər dünya futbolunda transferlərə çox pul xərclənməsinə də münasibət bildirib: "Klublar Çempionlar Liqasında qələbə qazanmaq üçün böyük pullar xərcləyirlər. Bu isə tez-tez müasir oyunçuların düşüncəsinə təsir edir. İndi futbolçuları pul idarə edir. Onlar klubun şərəfi üçün mübarizə aparmırlar. Onlar üçün maliyyə komandanın hədəflərinə çatmasından daha vacibdir".

Qeyd edək ki, Messinin "Barselona" ilə 2021-ci ilə qədər müqaviləsi var. 31 yaşlı futbolçunun, vergi xərclərini çıxmaq şərtilə, illik 50 milyon avro qazandığı iddia olunur.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.