Ukraynanın Ali Radası ölkədə növbəti prezident seçkilərinin 2019-cu il martın 31-də keçirilməsi barədə qanun layihəsini qəbul edib.
Trend-in məlumatına görə, bu barədə qərar Ali Radanın noyabrın 26-da keçirilən növbədənkənar iclasında qəbul olunub.
Qanun layihəsinə deputatların 298-i lehinə səs verib.