|
|
|
|
ABŞ prezidenti Donald Tramp yanvarın 10-u ABŞ-Meksika sərhədinə yollanacaq.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders öz "Twitter" səhifəsində yazıb.
S.Sanders bildirib: "Prezident Tramp humanitar böhranın və milli təhlükəsizlik böhranının ön cəbhəsində xidmət edənlərlə görüşmək üçün cümə axşamı cənub sərhədə yollanacaq. Əlavə təfərrüatlar daha sonra açıqlanacaq".