|
|
|
|
İŞİD terror qruplaşması Filippində katolik kilsəsindəki partlayışlara görə məsuliyyəti üzərinə götürüb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "SITE Intelligence Group" məlumat yayıb.
Qeyd edək ki, hadisə Holo adasındakı Sulu vilayətində baş verib. Partlayışlardan biri kilsənin girişində, digəri içində baş verib.
Partlayış nəticəsində 27 nəfər həlak olub. Hadisə zamanı həmçinin 111 nəfər xəsarət alıb.