https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Ta­ri­xin fa­ciə­li və ib­rə­ta­miz əh­va­lat­la­rı - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-05/314358_w5c8ufa7r0.jpg Böyük Qayıdışın yeni səhifəsi: Şuşaya yollanan köç karvanı
https://525.az/img/pics/medium/2023-12/294591_qrwivaigrh.jpg Fərz et ki, sən yoxsan... - Türkan Turan yazır
https://525.az/img/pics/medium/2022-12/250866_fi045un0bu.jpg Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
search
20 May 2024

AFFA Gəncədəki dava ilə bağlı qərar verib

AFFA Gəncədəki dava ilə bağlı qərar verib

AFFA İntizam Komitəsi mayın 8-i AFFA U-16 Liqasında keçirilən “Kəpəz” – “Qəbələ” oyununda yaşanan insidentlə əlaqədar qərarlar çıxarıb.

QOL.az xəbər verir ki, buna matçından sonra qonaq komandanın bəzi futbolçularının döyülməsi səbəb olub. Qərara əsasən, oyun vaxtı rəqib oyunçu və hakimi təhqir etdiyinə görə "Kəpəz"in 2 futbolçusu 3 və 4 oyun, 2 oyunçusu rəqib komandanın futbolçularını vurduğuna görə 6 oyun cəzalanıb. Bu cəza bütün liqalara şamil edilir.

Bundan başqa, oyun bitdikdən sonra "Kəpəz" PFK U-16 komandasının 2 azarkeşi meydana daxil olaraq rəqib komandanın futbolçularını vurduğuna görə, uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq “Kəpəz” PFK U-16 komandası 500 manat cərimə edilib. Bundan başqa, “Kəpəz” PFK U-16-nın növbəti 10 ev oyunu azarkeşsiz keçiriləcək.
 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.