Hindistanın şimalında yüksək temperaturla əlaqədar paytaxt Yeni Delhi və ətraf ştatlarda xəbərdarlıq edilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan Meteorologiya İdarəsinin (IMD) açıqlamasına görə, dünən paytaxt Yeni Delhidə havanın temperaturu 47,1 dərəcəyə çatıb.
Ətrafdakı Pəncab, Haryana və Racastan ştatlarında istilərlə bağlı xəbərdarlıq edilib.
IMD rəsmisi Soma Sen Roy insanları istidən qorunmaq üçün günorta saatlarında çölə çıxmamağa, geniş paltar geyinməyə və bol su içməyə çağırıb.
Mütəxəssislər aprelin 19-dan iyunun 1-dək keçirilən ümumi seçkilərdə mitinqlərə qatılan və ya növbə gözləyən seçicilərdən günvurmaya qarşı tədbir görmələrini istəyib.
Malik Atilay