İordaniya kralı II Abdullah Qəzzada dərhal və daimi atəşkəs yaradılmalı olduğunu bəyan edib.
525.az xəbər verir ki, İordaniya Kral Məhkəməsindən verilən yazılı açıqlamaya görə, Kral II Abdullah rəsmi səfər üçün Əmmanda olan Sinqapurun müdafiə naziri Ng Eng Hen ilə görüşüb.
Görüş zamanı Kral II Abdullah: "Qəzzada dərhal və daimi atəşkəs yaradılmalıdır", - deyib.
İordaniya kralı həmçinin İsrailin Rəfaha hücumlarının nəticələrinin "ciddi" olması barədə xəbərdarlıq edib.
Kral II Abdullahın ardınca sinqapurlu nazir İordaniyanın xarici işlər naziri Ayman əl-Safedi ilə görüşüb.
İki nazir İsrailin Qəzzaya hücumları ilə bağlı son vəziyyəti və Qəzzada mülki əhalinin qorunmasına və bölgəyə adekvat və davamlı humanitar yardımın təmin edilməsinə imkan verən atəşkəsə nail olmaq səylərini müzakirə ediblər.
Görüşdə Safadi İsrailin Qəzzaya şiddətli hücumlarını, beynəlxalq hüquq və beynəlxalq humanitar hüququ pozmasını dayandırmaq üçün beynəlxalq ictimaiyyətin bir araya gəlməsinin vacibliyini vurğulayıb.
Safadi, qəzzalıların İsrailin Qəzza zolağına hücumlarına qarşı etibarlı sığınacaq olaraq gördükləri Rəfah şəhərinə hücumların dayandırılmasının vacibliyini vurğulayıb.
Sinqapurlu nazir ölkəsinin İordaniya Hərbi Hava Qüvvələri vasitəsilə Qəzzaya hava yardımı göndərməkdən məmnun olduğunu bildirib və Qəzzaya yardımla bağlı iki tərəf arasında əməkdaşlıq və koordinasiyanın davam etdiyini qeyd edib.
Qeyd edək ki, İsrailin quru yardımının ölkəyə girişini əngəlləməsi səbəbindən bəzi ölkələr Qəzza zolağına hava yardımı çatdırmaq üçün birgə əməliyyatlar həyata keçirir.
Malik Atilay