İranda prezidenti İbrahim Rəisinin vəfatı ilə əlaqədar əlli gün ərzində yeni prezident seçkiləri keçirilməlidir.
525.az xəbər verir ki, bu barədə "IRIB News" kanalı məlumat yayıb.
“İran Konstitusiyasının 131-ci maddəsinə əsasən, birinci vitse-prezident müvəqqəti olaraq prezidentin səlahiyyətlərini yerinə yetirir, qanunvericilik və məhkəmə orqanlarının rəhbərlərindən ibarət şura və vitse-prezidentin 50 gün ərzində yeni dövlət başçısının seçilməsini təşkil etməlidir”- deyə kanal xəbər verir.
O da bildirilir ki, yeni İran prezidenti seçkiləri bu ilin iyun və ya iyul aylarında baş tuta bilər. Seçkilərdə iştirak edəcək namizədlərin mayın 28-dən qeydiyyata alınmasına başlanılacağı da qeyd edilib.
Havar Şəfiyeva