https://525.az/img/pics/medium/2023-12/294591_qrwivaigrh.jpg Fərz et ki, sən yoxsan... - Türkan Turan yazır
https://525.az/img/pics/medium/2022-12/250866_fi045un0bu.jpg Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
https://525.az/img/pics/medium/2024-04/309185_chrxwtr5q2.jpg Tarixin sənətdəki üzü - Rə­van Cavid yazır
https://525.az/img/pics/medium/2024-05/314231_98ltwea1x4.jpg Multikultural təhlükəsizlik konsepsiyasına yeni töhfə
search
20 May 2024

"Biz hər cür araşdırmaya açığıq" - Klub prezidenti

"Biz hər cür araşdırmaya açığıq" - Klub prezidenti


"Son günlər komandamız barədə həqiqətə uyğun olmayan bəzi xəbərlər yayılır. Altı futbolçumuzun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması haqda informasiyalar bu qəbiləndir"..

QOL.az xəbər verir ki, bu sözləri "Difai"nin prezidenti Asəf Məlikov deyib.

1-ci liqada mübarizə aparan klubun rəhbəri bildirib ki, media bu tip məlumatları yaymaqdan öncə onu dəqiqləşdirməlidir:

"Komandamız çempionatın son turunda "İrəvan"la Bakıda qarşılaşdı. Oyunun protokolundan da görünür ki, bütün futbolçularımız meydana çıxıb. Heyətimiz o qədər geniş deyil, bütün oyunları demək olar eyni futbolçularla keçiririk. Mən onu deyim ki, əvvəla, beş futbolçumuz hüquq-mühafizə orqanları tərəfindən izahat alınmaq üçün dəvət olunub. Onlar da izahatlarını yazıb gəliblər. Araşdırma, mətbuatda yazıldığı kimi, "Zaqatala" səfər oyunu ilə əlaqədar deyil. Söhbət başqa bir oyundan gedir. Biz hər cür araşdırmaya açığıq və bu məsələdə hüquq-mühafizə orqanlarına kömək etməyə hazırıq".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.