ABŞ, Rusiya və Çin arasında Koreya Xalq Demokratik Respublikasının (KXDR) denuklearizasiyası üzrə əməkdaşlıq üçün əsas var.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqan Stendford Universitetində çıxışı zamanı bildirib.
Onun sözlətinə görə, son bir həftə ərzində onun komandası Vaşinqtonda Çindən və Rusiyadan olan nümayəndə heyətlərini qəbul edib:
"Həm Çin, həm də Rusiya ilə Koreya yarımadasının denuklearizasiyası və yarımadada uzunmüddətli sülhün yaradılması üzrə əməkdaşlıq üçün əsas var".