https://525.az/img/pics/medium/2024-04/311719_l84nsathaw.jpg Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Mülki əhalimiz demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
search
28 Aprel 2024
27 Aprel 2024

Dünya turuna çıxan veloturist: "Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi oldum"

Dünya turuna çıxan veloturist: "Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi oldum"

Dünya turuna çıxan polşalı veloturist Lukas Oqonovski Azərbaycan Velosiped İdmanı Federasiyasının qonağı olub. Peşəsi ingilis dili müəllimi olan 38 yaşlı qonaq bu vaxta qədər dünyanın 56 ölkəsində olub və 53 min km məsafə qət edib.

Federasiyadan Trend-ə verilən məlumata görə, yeniyetmə və gənc velosipedçilərlə, həmçinin məşqçilərlə görüş zamanı polşalı turist ölkəmizdə ilk dəfə olduğunu deyib: “Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi oldum. Adətən gecəni yollarda öz çadırımda keçirirəm. Sərhədi keçdikdən sonra Böyükkəsik kəndində sakinlər məni evə dəvət etdilər, gecəni çadırda keçirməyə qoymadılar. Doğrusu belə münasibəti, qonaqpərvərliyi gözləmirdim. Ölkənizin təbiəti də çox xoşuma gəldi. İstəyirəm ki, sizin dili, mədəniyyətinizi öyrənim”.

Azərbaycana səfərini başa vurduqdan sonar dəniz vasitəsilə Qazaxıstana keçməyi planlaşdıran Lukas Oqonovski Asiya ölkələrinə, hətta Filippinə qədər getməyi düşünür.

Görüşün sonunda polşalı qonaq velosipedçilərin suallarını cavablandırıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.