Azərbaycanda kibertəhlükəsizliklə bağlı yeni strategiya qəbul ediləcək.
Trend-in məlumatına görə, bunu Bakıda işə başlayan “Kibertəhlükəsizlik həftəsi"nin açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, kibertəhlükəsizlik məsələsi Azərbaycan üçün vacib əhəmiyyət daşıyır:
“Bu strategiya ötən ilin sonunda Nazirlər Kabinetində müzakirə olunub. Strategiyanın yaxın zamanlarda qəbul ediləcəyini gözləyirik”.