https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/308903_sm7wnbl92x.jpg COP29 həm ekologiyaya, həm də sülhə böyük töhfə olacaq
https://525.az/img/pics/medium/2024-05/314057_9pocsg299r.jpg Roman güzgüsündəki tarixi həqiqətlər
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg İki paradoks - Əlisəfdər Hüseynov yazır
search
17 May 2024

“Formula-1” SOCAR Azərbaycan Qran Prisini izləməyə 85 min tamaşaçı gəlib

“Formula-1” SOCAR Azərbaycan Qran Prisini izləməyə 85 min tamaşaçı gəlib

“Formula-1” SOCAR Azərbaycan Qran Prisi 2019 yarışı çərçivəsində 4 gün boyunca yarış sessiyalarını yerində canlı izləməyə və həmçinin həftəsonunda Kristal Zalda dünya ulduzlarının iştirakı ilə keçirilən axşam konsertlərinə ümumilikdə 85 min tamaşaçı gəlib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) ONA-ya bildirilib ki, bu il ötən ilki qədər bilet satılıb. Xaricdən alınan biletlərin nisbəti 22 % təşkil edib.
 
Ötən illə müqayisədə bu il yarış həftəsonu ərzində yarış məkanına gələnlərin sayında bir qədər azalma müşahidə olunub. Buna səbəb əvvəlcədən iştirakı nəzərdə tutulan britaniyalı ulduz Sem Smitin yarışa çox az vaxtda xəstələndiyi üçün Bakı konsertini ləğv etməsidir.

Qeyd edək ki, Azərbaycan Qran Prisini “Mercedes” komandasının pilotu Valteri Bottas qazanıb. Onu komanda yoldaşı Luis Hamilton və “Ferrari” sürücüsü Sebastian Fettel ardıcıllıqla izləyiblər. Yarışı izləməyə 74 ölkədən azarkeş gəlib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.