Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatıb.
525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün təlimlərdə iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib.