https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-05/313614_7tjab5irx3.jpeg Azərbaycan sənətşünaslığında silinməz imza
https://525.az/img/pics/medium/2024-05/313610_322x7elgut.jpg “525-ci qəzet”in 14 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/294591_qrwivaigrh.jpg Ölümsüzlük və ölümdən sonrakı həyat - Türkan Turan yazır
search
14 May 2024
13 May 2024

"Sevinirik ki, azarkeşlərimiz stadiona qayıdıb" - Miodraq Bojoviç

"Sevinirik ki, azarkeşlərimiz stadiona qayıdıb" - Miodraq Bojoviç

"Oyuna yaxşı başladıq. Bilirdik ki, “Turan Tovuz”un çox yaxşı məşqçisi var və nə etmək istədiklərini bilirlər. Ona görə bu komandanın hədiyyə olmadığını anlayırdıq".

QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Misli Premyer Liqasının 32-ci turunda bu gün "Turan Tovuz"a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Monteneqrolu mütəxəssis 3:0 hesablı qələbəni belə şərh edib: "Onların öz oyun üslubu var. Təkbətək mübarizələrə çox girirlər. Bu mənada Yuri Matias və Höccət Haqverdi çox yaxşı iş gördülər. Rəqiblə yaxşı mübarizə apardılar. Qolları vaxtında vurduq. Qırmızı vərəqədən sonra isə oyunu sona çatdırmaq asan idi. Futbolçulara bu istəyə və oyuna görə təşəkkür edirəm. Sevinirik, çünki azarkeşlər stadiona qayıdıb".

Bojoviç npvbəti turda "Qarabağ"la keçiriləcək görüş haqda da qısaca danışıb: "Statistika bizim tərəfimizdədir. Bir həftə hazırlaşacağıq və yaxşı nəticə əldə etməyə çalışacağıq".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.