
Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində 4 yaşayış məntəqəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyini bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.
Rusiya ordusunun Ukraynada döyüşlərini davam etdirdiyi bildirilən açıqlamada: “Şimal Qüvvələr Qrupunun bölmələri irəliləyərək Xarkov bölgəsindəki Qatişçe, Krasnoye, Morohovets və Oleynikovo yaşayış məntəqələrini azad etdi”, - deyilib.
Malik Atilay



