
Sloveniyanın Fələstin dövlətinin tanınması ilə bağlı qərarı iyunun 13-dək qəbul edəcəyi gözlənilir.
525.az xəbər verir ki, Sloveniyanın xarici işlər naziri Tanya Fayon mətbuata açıqlamasında hökumətin Fələstin dövlətinin tanınması proseduruna başladığını açıqlayıb. Fayon tanınma qərarının iyunun 13-dək Sloveniya parlamentinə göndəriləcəyini bildirib.
Qeyd edək ki, Fayon qərarın geri dönüşü olmayan bir addım olduğuna diqqət çəkib.

Məhəmməd Tağıyev



