
Nigeriyada heyvanlardan insanlara keçən və ölümlə nəticələnə bilən "Lassa" qızdırması səbəbindən 4 ayda 156 nəfər ölüb.
525.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada 1 yanvar - 28 aprel tarixləri arasında "Lassa" qızdırması epidemiyasının paytaxt Abuca ilə yanaşı 28 əyalətə də yayıldığı bildirilib. Belə ki, bu müddət ərzində 857 Lassa qızdırması aşkarlanıb, epidemiya səbəbindən 156 nəfər isə ölüb.
Qeyd edək ki, ötən il ölkədə 1170 hal aşkarlanıb, 219 nəfər ölüb.
Məhəmməd Tağıyev



