
Meksikanın Qvatemala ilə sərhədində, Çiapas ştatı sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
525.az xarici mediaya əsasən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Meksikadakı zəlzələnin episentrinin Çiapas əyalətinin Brisas Barra de Suchiate bölgəsindən 17 kilometr cənub-qərbdə olduğunu bildirib.
Yerin 75,4 kilometr dərinliyində qeydə alınan zəlzələ qonşu Qvatemalada da hiss olunub.
Hələlik can və mal itkisinin qeydə alınmadığı zəlzələdən sonra "sunami" xəbərdarlığı edilməyib.
Malik Atilay



