
Əlcəzairin paytaxtı Əlcəzairdə 5 uşaq məktəb gəzintisi zamanı dənizdə üzərkən boğularaq ölüb.
525.az xəbər verir ki, Əlcəzair Mülki Müdafiə Birliyi sosial media hesabından verdiyi açıqlamada paytaxtdakı Muntazah Es-Sablat çimərliyində mülki müdafiə qrupları tərəfindən dənizdən çıxarılan 7 uşaqdan 5-nin öldüyü müəyyən edilib.
Açıqlamada digər iki məktəblinin Mustafa Paşa Xəstəxanasında reanimasiyada müalicəsinin davam etdiyi bildirilib.
Rəsmi məlumatlara görə, 2023-cü ildə ölkə çimərliklərində, su kanallarında və bəndlərdə 200-dən çox insan həyatını itirib.
Məhəmməd Tağıyev



