"Məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi, psixoloji öyrənmə mühitinin ölçülməsi və yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi qarşıda duran hədəflərdəndir".
ONA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, müasir zamanda şagirdlərin zərərli informasiyalara çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır:
"Bu baxımdan, təhsil sistemində çalışan rəhbər şəxslərin və təhsilverənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir".