|
|
|
|
Gürcüstan hökuməti sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın tam tərkibini təsdiqləyib.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, komissiyanın Gürcüstan tərəfdən sədri xarici işlər nazirinin müavini Laşa Darsalia, sədr müavini Gürcüstan XİN-in Qonşu ölkələr departamentinin direktoru Malxaz Mikeladzedir.
Komissiyanın tərkibində müxtəlif dövlət qurumlarını təmsil edən daha 18 rəsmi var.