|
|
|
|
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti,Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkiledəcək.
Cənub çimərliklərində arabir güclənən şimal-qərb küləyiəsəcək.Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.