https://525.az/img/pics/medium/2024-04/311725_9vr2bm0uzq.jpg Türkiyədə İŞİD əməliyyatı - 38 şübhəli saxlanıldı
https://525.az/img/pics/medium/2024-04/311719_l84nsathaw.jpg Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Mülki əhalimiz demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
search
28 Aprel 2024
27 Aprel 2024

Qubada yeni futbol stadionu tikiləcək

Qubada yeni futbol stadionu tikiləcək

"Qubanın təsdiq olunmuş yeni baş planına əsasən, rayonda futbol stadionunun tikilməsi planlaşdırılır. Həmçinin 72 hektar təsərrüfat sahəsinin təyinatı dəyişdirilərək həyətyanı torpaq üçün nəzərdə tutulub".

Bu fikirləri "Report"a Quba Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Murad Xeyrullayev deyib.

"Qudyal çayı sahilində 41 hektar ərazidə istirahət parkının salınması nəzərdə tutulub. Şəhərin Heydər Əliyev prospektində və Qudyal çayının sahilində istismar müddətini başa vurmuş həyətyanı evlərin sökülərək yerində yeni yaşayış evlərinin tikintisi planlaşdırılır. Quba şəhərində 2 yaşayış massivi var: "Dəvədabanı" və "Qəçrəş yolu". Buradakı küçələr genişləndirilir və abadlaşdırılır. Ümumilikdə, şəhər və ətrafında abadlaşdırma və yaşıllaşdırma işləri aparılacaq", - M.Xeyrullayev əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabineti Quba şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair “Quba şəhərinin Baş planı”nı təsdiq edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.