|
|
|
|
Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
APA-nın məlumatına görə, dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Rusiya prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunularaq Rusiya prezidentinin bu yaxınlarda Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmi vurğulanıb.
Dövlət başçıları münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirib.