|
|
|
|
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı Böyük Vətən Müharibəsinin başa çatmasının 75-ci ildönümünə həsr olunacaq bayram tədbirinə dəvət edib.
“Report” “Rossiya24” istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Biz ABŞ prezidentini gələn il mayın 9-da Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi münasibəti ilə Rusiyaya dəvət etdik”, - deyə o, vurğulayıb.
Onun sözlərinə görə, ABŞ lideri dəvəti müsbət qarşılayıb.
Qeyd edək ki, bu gün Yaponiyanın Oska şəhərində "Böyük-20"liyin ("G-20") zirvə toplantısı keçirilir. Sammit çərçivəsində ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüş olub.