İran ABŞ-dan BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər nazirinin hüquq məsələləri üzrə müavini Qulamhüseyn Dehqani deyib.
O bildirib ki, şikayət ABŞ-ın kəşfiyyat təyyarəsinin İran səmasını pozmasına görə edilib. Şikayət məktubunda qeyd edilib ki, bu kimi addımlar təkrarlanarsa İran öz su və hava sərhədlərini qoruyacaq: “İran hər bir təcavüzə qarşı mübarizə haqqına sahibdir”.
Qulamhüseyn Dehqani həmçinin ABŞ tərəfinin iddialarına da cavab verib: “ABŞ iddia edir ki, təyyarə İran sərhədinə girməyib. Bu iddia əsassızdır. Pilotsuz təyyarə vurulduqdan sonra İran ərazisinə düşüb”.