https://525.az/img/pics/medium/2024-04/311725_9vr2bm0uzq.jpg Türkiyədə İŞİD əməliyyatı - 38 şübhəli saxlanıldı
https://525.az/img/pics/medium/2024-04/311719_l84nsathaw.jpg Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Mülki əhalimiz demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
search
28 Aprel 2024
27 Aprel 2024

Rusiyalı gimnast II Avropa Oyunlarının rekordçusu olub

Rusiyalı gimnast II Avropa Oyunlarının rekordçusu olub

II Avropa Oyunlarında ən çox medal qazanan idmançıların siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, iyunun 21-30-da Belarusun paytaxtı Minskdə təşkil olunan yarışda rusiyalı Dina Averina hamıdan çox mükafat qazanıb.

Bədii gimnastika yarışlarında çıxış edən idmançı 5 dəfə fəxri kürsüyə qalxan yeganə iştirakçı olub. O, üç qızıl, bir gümüş və bir bürünc medal qazanıb.

Daha bir idmançı Avropa Oyunlarının üçqat çempionu olub. Bu, rusiyalı güllə atıcısı Artyom Çernousovdur. Lakin onun hesabında cəmi üç medal var.

Qeyd edək ki, Azərbaycan idmançıları arasında rekord akrobatlar Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihiyə məxsusdur. Üç medal qazanan cütlük iki gümüş və bir bürünc mükafat əldə edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.