Ukrayna Ali Radası tərəfindən Vadim Pristayko Xarici işlər naziri seçilib.
APA “ukrinform”a istinadla xəbər verir ki, bu gün parlamentin iclasında müdafiə nazirindən sonra xarici işlər nazirinin seçilməsi üçün 310 deputat səsvermədə iştirak edib.
Qeyd edək ki, Ukrayna Konstitusiyasının 114-cü maddəsinə əsasən, müdafiə və xarici işlər nazirləri Ukrayna Prezidentinin təklifi ilə, Nazirlər Kabinetinin digər üzvləri isə Baş nazirin təklifi ilə Ali Rada tərəfindən təyin edilir.