
Zambiya Milli Bankı ölkənin milli valyutası - kvaçanın möhkəmlənməsi üçün maraqlı addım atıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bank Zambiyanın müvafiq dövlət qurumlarına ölkə ərazisində xarici valyuta, o cümlədən ABŞ dolları ilə alış-verişə qadağa qoymağı, qanunu pozanlara 10 illik həbs cəzası təyin olunmasını və ya böyük məbləğdə cərimələnməsini təklif edib. Bu qərar ölkə vətəndaşları ilə yanaşı turistlərə də şamil olunur.
Qeyd edək ki, təbii resurslarla zəngin olan Zambiya turistlərin ən çox səfər etdikləri Afrika ölkələrindən biridir. Maraq üçün onu da bildirək ki, 1 kviça 7 qəpik dəyərindədir.
L.Tağıyeva



