
Qırğızıstanda növbəti çevriliş cəhdinin qarşısı alınıb, kəşfiyyat orqanlarının hakimiyyəti zorla ələ keçirməyə cəhd edən qrupu saxladığı açıqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Qırğızıstanda növbəti çevriliş cəhdinin qarşısı alınıb. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Kütləvi qiyamlar törətməyə və hakimiyyəti ələ keçirməyə cəhd edən çevriliş qrupuna qarşı əməliyyat keçirilib.
Saxlanılan 5 nəfərin Qırğızıstan vətəndaşı olduğu bildirilib.
Qeyd edək ki, bundan əvvəlki əməliyyat Qırğızıstanda yanvar ayında dövlət çevrilişinə cəhd edən qruplaşmaya qarşı keçirilib.
Malik Atilay



