Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanında qeyri-iş günləri bu gün başa çatır.
Bu barədə “Report”a Komitədən məlumat verilib.
Məlumata görə, sabahdan vətəndaşlar Məkana müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.