“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyəti ilə çox gözəl təmaslarımız var. Azərbaycanla Rusiyanın AŞPA-da baş verən məsələlərə baxışı oxşardır”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər Komitəsinin sədr müavini, Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak bu gün AŞPA-nın qış sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Rusiya senator AŞPA-da Rusiya və Azərbaycan nümayəndə heyətlərinin bir sıra mürəkkəb məsələlərdə qarşılıqlı olaraq bir-birlərinə məmnuniyyətlə dəstək göstərdiklərini vurğulayıb.
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy isə Rusiyanın təşkilatda Ukrayna, Gürcüstan və Baltikyanı ölkələr istisna olmaqla, bütün qonşu ölkələrin nümayəndə heyətləri ilə yaxşı münasibətdə olduğunu qeyd edib.