“İdlibda Suriya rejiminin hücumu nəticəsində 2 mindən çox mülki şəxs öldürülüb”.
APA-nın məlumatına görə, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
O deyib ki, Suriya rejimini müdafiə edən Rusiya və İranla üçlü formatda çoxsaylı görüşlər keçirilib: “Amma son zamanlar İdlibdə Suriya rejiminin hücumları hər kəsi narahat edir. istiqamətdə Rusiya ilə müzakirələr aparırıq”.
Türkiyə Xarici İşlər naziri qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonda müzakirə aparıb: “Haxırda Rusiyadan Türkiyəyə bir nümayəndə heyətinin gəlməsini gözləyirik. Sonra prezidentlərin görüşü də ola bilər”.
M. Çavuşoğlu nəzərə çatdırıb ki, İdlibdə atəşkəsi Suriya rejimi pozur: “Bizim səbrimizin də bir həddi var. 8 əsgərimiz şəhid ediləndə qarşılığını verdik. Suriya rejimi dayanmazsa, qat-qat artıq cavabını verəcəyik. Ancaq atəşkəsin təmin olunması tək Türkiyənin deyil, beynəlxalq aləmin də borcudur. Biz bu meydanda tək qalsaq da, gərəyini yerinə yetirəcəyik. Biz qərarlı olduğumuzu Rusiyaya söyləyirik. Rusiya ilə birlikdə çalışmağımız lazımdır. Bu sahədə problemləri birlikdə həll edə bilərik”.