Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yer Elmləri Bölməsinin müəssisələrində ötən il 14 problemi əhatə edən 48 mövzu üzrə tədqiqatlar aparılıb və 70 iş tamamlanıb, 13 mühüm nəticə əldə olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, hesabat ilində elmi müəssisələr tərəfindən 2 iş tətbiq olunub, 26 təsərrüfat müqaviləsi üzrə görülən işlər yekunlaşıb. Bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, AMEA-nın ümumi yığıncağının və Rəyasət Heyətinin qərarları əsas götürülüb.