|
|
|
|
Oğuz rayonunun Xalxal kəndində yanğın olub.
525.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.