Parlament seçkiləri Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirilib.
Secki-2020.az saytının xəbərinə görə, bunu Danimarkadan olan müşahidə missiyasının üzvü Niklas Milzers deyib. O bildirib ki, müşahidəçi qismində həm Danimarkada, həm də digər ölkələrdə seçkilərdə iştirak edib və bu sahədə kifayət qədər təcrübəyə malikdir:
“Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçdi”.
N.Milzers əlavə edib ki, Azərbaycan MSK müşahidəçiləri daha səmərəli iş üçün bütün zəruri materiallarla təmin edib.