Azərbaycan nümayəndə heyətinin Gürcüstana səfəri davam edir.
APA-nın yerli bürosu xəbər verir ki, səfər çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, “SOCAR” prezidenti Rövnəq Abdullayev, “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkədə tikinti, farmakologiya, qida sənayesi, nəqliyyat və energetika, bank sektoru, sahələrində fəaliyyət göstərən azərbaycanlı iş adamları, Azərbaycan İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşüb.
30-dan çox şirkət nümayəndəsinin iştirak etdiyi görüşdə Gürcüstan və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin perspektivləri, cari problemlər və çağırışlar müzakirə edilib.