|
|
|
|
Rusiya Prezidenti Vladimir Putin Vladislav Surkovu köməkçisi vəzifəsindən azad edib.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Qeyd edək ki, Vladislav Surkov 2013-cü ildən prezidentin köməkçisi vəzifəsini tutub. O, Rusiya Prezidentinin Ukrayna ilə bağlı siyasətinə cavabdeh şəxs olub.